Abbasov razı qaldı, "komanda öhdəsindən gəldi" söylədi

8 Avqust 2021 21:00 Sumqayıt 1 376
Abbasov razı qaldı, "komanda öhdəsindən gəldi" söylədi

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Zirə"yə qarşı keçirdikləri yoxlama matçından sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matç barədə bunları deyib:

"Konfrans Liqasında mübarizənı dayandırdıqdan sonra bütün komanda olaraq Premyer Liqanın startına köklənmişik.

İlk tur öncəsi bu yoxlama oyunu bizim üçün olduqca vacib idi. “Zirə” ilə matça bütün futbolçularımı iş başında görməklə onların son durumlarının hansı səviyyədə olduğunu izlədik.

Sevindirici haldır ki, ağır təlim-məşq toplanışı və vacib avrokubok qarşılaşmalarından sonra komandam yorğun olsa da, ümumi yükləmələrin öhdəsindən gəldi. Növbəti həftəyə qədər daha da hazır olmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM