“Bu qədər gözləmişik, gərək, bir neçə gün də gözləyək”

3 Avqust 2021 10:40 Sumqayıt 986
“Bu qədər gözləmişik, gərək, bir neçə gün də gözləyək”

“Diqqət mərkəzimizdə olan bir neçə futbolçu var və onların məsələsinə yaxın günlərdə aydınlıq gələcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Yeni transfer çaləşmaları barədə məlumat verən mütəxəssis İran çempionatında çıxış edən Azərbaycan əsilli futbolçularla taxından maraqlandıqlarını bildirib:

“İranda çempionat yeni başa çatıb. Biz də bunu gözləyirdik ki, sonrakı addımlarımızı müəyyənləşdirək.

Əvvəl də dediyim kimi, 3 transfer gündəmimizdədir. Istədiyimiz futbolçulardan hansının keçidinin baş tutub-tutmayacağını söyləmək hələ tezdir.

Bu qədər gözləmişik, gərək, bir neçə gün də gözləyək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti