Ağlayan futbolçularına dedi: "Mən bundan sonra sizin arxanızdayam"

31 İyul 2021 11:40 Sumqayıt 815
Ağlayan futbolçularına dedi: "Mən bundan sonra sizin arxanızdayam"

«Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov «Çukariçki» ilə cavab matçından (0:2) sonra futbolçularına ürək-dirək verib.

O, Konfrans Liqası ilə II təsnifat mərhələsində vidalaşan komandasının üzvlərinə «heç nəyin fikrini çəkməyin» deyib.

Onlardan bir neçəsinin paltardəyişmə otağında ağladığını görən mütəxəssis «Başınızı dik tutun, çünki əlinizdən gələni etmisiz. Avrokuboklarda iştirak etməyin özü klubumuzun adına böyük uğurdur.

Artıq bütün bunları unutmaq, Premyer Liqanın növbəti mövsümünə hazıırlaşmaq lazımdır. Mən həmişə olduğu kimi, bundan sonra da sizin arxanızdayam» söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti