“Sumqayıt” təzyiqlə üzləşəcək - Heç nə bizim üçün problem yaratmamalıdır"

29 İyul 2021 20:00 Sumqayıt 354
“Sumqayıt” təzyiqlə üzləşəcək - Heç nə bizim üçün problem yaratmamalıdır"

"İlk matçda oyuna nəzarət etsək də, sərfəli nəticə qazana bilmədik.

Rəqibin qapısından bir və ya iki top keçirə bilərdik. Belqraddakı qarşılaşmada qələbəyə layiq olduğumuzu düşünürəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Çukariçki"nin futbolçusu Miladin Stevanoviç "Sumqayıt"a qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.

25 yaşlı müdafiəçi Azərbaycandakı cavab görüşündə yaxşı nəticəyə inandığını bildirib:

"Düzdür, Belqradda qolsuz heç-heçə etmişik. Amma düşünürəm ki, daha yaxşı çıxış edə bilərik. Növbəti mərhələyə vəsiqə qazanmağı səbrsizliklə gözləyirik".

Stevanoviçin fikrincə, "Sumqayıt" Serbiyada istədiyi nəticəni əldə etsə də, cavab görüşü daha çətin keçəcək:

"Onlar təzyiqlə üzləşəcəklər. Heç nə bizim üçün problem yaratmamalıdır. Nə iqlim şəraiti, nə də səyahət edəcəyimiz ölkə bizə bəhanə olmalıdır.

Rəqibi qiymətləndirməmək olmaz, amma biz daha keyfiyyətli komandayıq. Matç çətin keçəcək. Bir qol hər şeyi həll edə bilər.

Əsas məqsəd növbəti mərhələyə adlamaqdır. Bu, əlavə vaxtda və ya penaltilər seriyasında da ola bilər".

Bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.

İlk görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti