“Biz təslim olmayacağıq, hər şeyi düzəltmək öz əlimizdədir”

29 İyul 2021 16:20 Sumqayıt 464
“Biz təslim olmayacağıq, hər şeyi düzəltmək öz əlimizdədir”

"İlk görüşdə rəqib futbolçular topu bizə buraxdı və şüurlu şəkildə müdafiə olundular.

Beləliklə, istədikləri nəticəni əldə etdilər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Çukariçki"nin futbolçusu Corce Yovanoviç "Sumqayıt"a qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.

22 yaşlı hücumçu ilk matçı analiz etdiklərini bildirib: "Bir daha gördük ki, çox sayda qal imkanlarımız olub. 3-4 qol vura bilərdik. Rəqibin heç-heçəyə görə çox sevindiyini də gördük".

Serbiyalı forvard Belqraddakkı kimi qarşılaşma gözlədiyini söyləyib: "Sumqayıt"ın ilk oyundakından fərqli çıxış edəcəyinə inanmıram.

Görüş ərzində konsentrasiyanı qorumalıyıq. Qol vurmaq üçün şanslarımızın olacağına əminəm. Sumqayıtdakı qarşılaşma tamamilə fərqli olacaq. Hər şeyi düzəltmək öz əlimizdədir".

Yovanoviç bildirib ki, matçın Belqradda və ya Azərbaycanda keçirilməsinin onlar üçün fərqi yoxdur:

"Öz oyunumuzu göstərəcəyik. Rəqib uzun müddətdir ki, həmin meydanda oynayır. Buna görə onlar üçün daha asandır.

Azarkeşlər də onlara dəstək verəcək. Matçın əhəmiyyəti çox böyükdür. Əlbəttə, biz təslim olmayacağıq".

Bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.

İlk görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı