"Sumqayıt"dan daha yaxşı komanda olduğumuzu sübut edəcəyik"

29 İyul 2021 18:00 Sumqayıt 466
"Sumqayıt"dan daha yaxşı komanda olduğumuzu sübut edəcəyik"

"İlk oyunda çox şansımız oldu. Amma bunları dəyərləndirə bilmədik.

Həmin matça yaxşı hazırlaşmışdıq. 16 dəfə küncdən zərbə yerinə yetirdik. Bu, bizim necə oynadığımızı göstərir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Çukariçki"nin futbolçusu Milan Saviç "Sumqayıt"a qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl "Zurnal" nəşrinə müsahibəsində deyib.

21 yaşlı vinger cavab görüşündə əlverişli nəticəyə ümid etdiyini bildirib:

"Hədəflərimiz eynidir. Heç nə dəyişməyib. Daha da irəli getmək niyyətindəyik. Səfərdə necə oynacağımızı bilirik.

Ümid edirəm ki, ilk qarşılaşmadakı kimi Azərbaycanda da daha yaxşı komanda olduğumuzu sübut edəcəyik.

Rəqib ilk oyunda şüurlu şəkildə müdafiə olundu. Ən az bir qol vura bilsəydik, cavab görüşü daha asan olardı".

Bu gün "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Çukariçki" matçı saat 20:00-da başlayacaq.

İlk görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti