“Səhvlərimizi düzəltməliyik, bizi heç nə təəccübləndirə bilməz”

28 İyul 2021 17:40 Sumqayıt 598
“Səhvlərimizi düzəltməliyik, bizi heç nə təəccübləndirə bilməz”

"Bizi nə gözlədiyini, uzaq məsafə qət edəcəyimizi və Azərbaycandakı hava şəraitinin necə olduğunu bilirik”.

Sportinfo.az xəbər verir ki, bunu "Çukariçki"nin yarımmüdafiəçisi Nikola Çoliç deyib.

Serbiya klubu iyulun 29-da Konfrans Liqasının II turunun cavab görüşündə “Sumqayıt”ın qonağı olacaq.

"Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Serbiyalı gənc oyunçu onları gözləyən çətinlikdən xəbərdar olduqlarını söyləyib: “Amma hər şeyə hazırıq. Sakitcə qarşıdakı oyuna köklənirik.

İnanıram ki, bizi heç nə təəccübləndirə bilməz. Hazırda bütün diqqətimiz avrokuboklara yönəlib. İlk görüşdəki səhvlərimizi düzəltməliyik.

Bizə daha çox konsentrasiya lazımdır. Yalnız bu oyundan sonra potensial rəqiblərimiz barədə düşünə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti