"Sumqayıt": Bir dənə də qalmadı, hamısıını satdıq - FOTOLAR

27 İyul 2021 11:40 Sumqayıt 1 155
"Sumqayıt": Bir dənə də qalmadı, hamısıını satdıq - FOTOLAR

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Çukariçki” qarşılaşmasının matçöncəsi mətbuat konfransı iyulun 28-də, “Kapital Bank Arena”da təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov saat 18:10-da media mənsublarının suallarını cavablandıracaq.

Saat 18:30-da isə komandanın açıq məşqi (15 dəqiqə) keçiriləcək.

Yeri gəlmişkən, matçın bilet satışı başa çatıb. "Kontakt Home" mağazalar şəbəkəsinin "Sumqayıt-3" (10-cu mikrorayon) filialında təşkil olunan satışda bütün biletlər öz sahiblərini tapıb.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!