"Sumqayıt" evdə şanslı olan tərəfdir" - Branimir Subaşiç

24 İyul 2021 10:40 Sumqayıt 1 322
"Sumqayıt" evdə şanslı olan tərəfdir" - Branimir Subaşiç

"Serbiyadan bərabərliklə ayrılmaq "Sumqayıt" üçün pis deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında milli komandamızın sabiq hücumçusu Branimir Subaşiç deyib.

Veteran hücumçu cavab görüşündə təmsilçimizi şanslı sayır:

"Oyunu stadiondan izlədim. Səhv etmirəmsə, "Sumqayıt" ilk də avrokuboklarda səfər oyununa çıxırdı. Məncə, belə nəticədən sonra "Sumqayıt" evdə şanslı olan tərəfdir".

O, komandamızın heyətində Rəhim Sadıxov və Əli Qurbanin oyununu bəyəndiyini də sözlərinə əlavə edib.

Milliləşdirilən serbiyalı Azərbaycan millisinin heyətində keçirdiyi 39 oyunda 7 dəfə fərqlənməyi bacarıb. O, ölkəmizdə "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ" klublarının formasını da geyinib.

Digər Xəbərlər
Xəbər Lenti