3 transfer istəyən “Sumqayıt”ın baş məşqçisi: “Ola bilməz ki?”

23 İyul 2021 19:00 Sumqayıt 1 788
3 transfer istəyən “Sumqayıt”ın baş məşqçisi: “Ola bilməz ki?”

“Bizə minimum 3 yeni transfer lazımdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Konfrans Liqasında mübarizə aparan “gənclik şəhəri” təmsilçisinin çalışdırıcısı xaricdə doğulan və çıxış edən azərbycanlı futbolçularla bağlı axtarışların hələ başa çatmadığını bildirib:

“Bəyəndiklərimiz var, onları bu gün də bura gətirə bilərik. Sadəcə, tələsmək niyyətində deyilik.

Hələlik gözləmə mövqeyindəyik. Bilmək olmaz, bəlkə qarşıdakı günlərdə daha yaxşı futbolçular qarşımıza çıxdı.

Ola bilməz ki? Axtarışları davam etdirirksə, deməli, istədiyimiz futbolçuları tapacağımıza ümidimiz var.

İndiyədək İran, Türkiyə və Rusiyadan bir neçə azərbaycanlı futbolçuya baxmışıq. Almaniyadan da bizə təklif edilənlər olmuşdu, komandaya uyğun gəlmədilər”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu