“Dominantlıq edən biz olsaq da, bəxtimiz gətirmədi”

24 İyul 2021 11:20 Sumqayıt 719
“Dominantlıq edən biz olsaq da, bəxtimiz gətirmədi”

"Təəssüf ki, qol vurub oyunu uda bilmədik.

Bunu bacarsaydıq, cavab görüşü bizim üçün daha rahat olardı".

Sportinfo.az xəbər verir ki, bunu "Çukariçki"nin kapitanı Marko Dotsiç "HotSport" nəşrinə açıqlamasında evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi nəticəyə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib:

"90 dəqiqə ərzində meydanda dominantlıq edən tərəf biz olsaq da, bəxtimiz gətirmədi. Kifayət qədər qol şansımız oldu, lakin istifadə edə bilmədik.

Son vuruşlarda yaradıcılıq çatmadı. Düşünürəm ki, ikinci qarşılamada daha diqqətli oynamalıyıq".

Komandalar arasında cavab görüşü iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!