"Burada müdafiədən oynamağa məcbur idik" - Ayxan Abbasov

22 İyul 2021 01:20 Sumqayıt 1 166
"Burada müdafiədən oynamağa məcbur idik" - Ayxan Abbasov

"Çətin oyun gözləyirdik. Hələ rəqibi analiz edəndə keyfiyyətli komandaya qarşı oynayacağımızı bilirdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Serbiyada "Çukariçki" ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis gənc kollektiv olduqlarını bildirib: "Bu səbəbdən öz oyunumuzu tapmaq bir az vaxt aldı. Səfərdə heç-heçəyə nail olduq.

İnanıram ki, azrkeşlərimiz önündə yaxşı nəticə əldə edəcəyik. Rəqib meydanında müdafiədən oynamağa məcbur idik. Evdəki oyuna tamam fərqli yanaşma olacaq".

Komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM