“Sumqayıt” hələ bu qədər qazanc əldə etməyib...

21 İyul 2021 17:40 Sumqayıt 1 166
“Sumqayıt” hələ bu qədər qazanc əldə etməyib...

"Sumqayıt" bu gün Konfrans Liqasında mübarizəyə başlayacaq.

Ayxan Abbasovun baş məşqçi olduğu komanda Serbiyada "Çukariçki"nin qonağı olacaq.

Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Qarşılaşmanı isveçrəli hakim Fedayi San idarə edəcək.

Bu, Azərbaycan klublarının Konfrans Liqasındakı ilk oyunu kimi də tarixə düşəcək. Premyer Liqanın bürünc mükafatçısı tarixində ikinci dəfə avrokubok matçına çıxır.

"Gənclik şəhəri" təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyadan "Şkendiya"ya 0:2 hesabı ilə uduzub.

Təsnifat mərhələsi koronavirus pandemiyası səbəbindən bir görüşdən ibarət olub.

“Sumqayıt” ikinci cəhdində mərhələ adlayarsa, iri məbləğdə mükafat əldə edəcək. Əsas heyət üzvlərinin həbr birinin qazanacağı vəsait 10 min manatdan aşağı olmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti