"Sumqayıt"ı qorxutmaq istədi

20 İyul 2021 13:40 Sumqayıt 824
"Sumqayıt"ı qorxutmaq istədi

"Artıq "Sumqayıt"ın üstün və çatışmayan cəhətləri haqqında məlumat toplamışıq.

Təbii ki, Avropada asan rəqib yoxdur. Lakin ilk qarşılaşmada çox şey həll ola bilər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Çukariçki"nin futbolçusu Srcan Miyailoviç "Sumqayıt"a qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

28 yaşlı serbiyalı yarımmüdafiəçi Belqraddakı qarşılaşmada azarkeş dəstəyinin onlara əlavə üstünlük verəcəyini söyləyib:

"Bizim bütün diqqətimiz "Sumqayıt"la oyunlaradır. III təsnifat mərhələsi haqqında isə qətiliklə düşünmürük".

İyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Bu cütün qalibi növbəti raundda “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!