Tanınmış serb “Sportinfo”ya "Çukariçki"dən danışdı: "Ən təhlükəli oyunçuları odur"

19 İyul 2021 17:00 Sumqayıt 1 077
Tanınmış serb “Sportinfo”ya "Çukariçki"dən danışdı: "Ən təhlükəli oyunçuları odur"

"Çukariçki" Serbiyada yaxşı klubdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin sabiq legioneri Lyubo Baranin "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi "Çukariçki" haqqında deyib.

Serbiyalı keçmiş müdafiəçi "Çukariçki"nin hazırda yaxşı formada olmadığını bildirib:

"Çox gözəl futbol oynayırlar. Heyətlərində gənc futbolçular çoxdur. Serbiyada mövsüm yeni başladığı üçün, amma hələ yaxşı formada deyillər.

İlk oyun Serbiyada olacaq. 3 gün əvvəl "Çukariçki"nin yaxşı oynadığı oyununa baxdım. Heyət uzun müddətdir bir yerdə oynayır".

Baranin rəqibin ən təhlükəli oyunçusundan da söz açıb: "Ən təhlükəli oyunçuları mərkəz hücumçularıdır. Çox yaxşı oyunçudur. Ancaq "Çukariçki"də başqa 4-5 yaxşı oyunçu da var".

O, sonda Serbiyadakı "Çukariçki" - "Sumqayıt" görüşünə baxmaq üçün stadiona gedəcəyini də sözlərinə əlavə edib.

Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq oyun 21 iyul 20:00-da keçiriləcək.

Lyubo Baranin 2009-2012 ci illər ölkəmizdə çıxış edib. O, bu müddətdə 82 oyun "Qəbələ"nin, 3 görüşdə isə "Kəpəz"in formasını geyinib.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!