“Sumqayıt” ehtiyatlı tərpəndi, 3 gün qabaq... FOTOLAR

18 İyul 2021 09:20 Sumqayıt 982
“Sumqayıt” ehtiyatlı tərpəndi, 3 gün qabaq... FOTOLAR

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” Ankara toplanışını başa vuraraq vətənə qayıdıb.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv dünən ev oyunlarını keçirdiyi stadionun köməkçi meydançasında məşqə də çıxıb.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Çukariçki” ilə qarşılaşacaq komanda iyulun 19-da Serbiyaya yola düşəcək. Ayxan Abbasovun yetirmələri “Metropole Collection Belgrade” otelində məskunlaşacaq.

“Çukariçki” – “Sumqayıt” oyunu iyulun 21-də Belqradda keçiriləcək. Cavab görüşü isə ayın 29-da Sumqayıtda baş tutacaq.

Xəbər Lenti