"Sumqayıt" adını UEFA-ya göndərməyə cəmi 2 hücumçu tapdı

16 İyul 2021 14:20 Sumqayıt 1 432
"Sumqayıt" adını UEFA-ya göndərməyə cəmi 2 hücumçu tapdı

"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyadan "Çukariçki" ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Report" xəbər verir ki, baş məşqçi Ayxan Abbasov qarşıdakı görüşlərdə 21 futbolçunun xidmətindən yararlanacaq.

"Sumqayıt" ilk oyunu iyulun 21-də səfərdə, cavab görüşü isə 29-da evdə olacaq.

Qapıçılar: 1. Tərlan Əhmədli, 13. Aydin Bayramov, 71. Hüseynəli Quliyev

Müdafiəçilər: 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 7. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 33. Eltun Turabov, 73. Yusif Nəbiyev

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Səbuhi Abdullazadə, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 17. Murad Xaçayev, 20. Roman Hüseynov, 60. Elvin Məmmədov

Hücumçular: 9. Əli Qurbani, 19. Xəzər Mahmudov

Xəbər Lenti