"Sumqayıt" son sınaq matçında rumınlara yenildi

15 İyul 2021 19:50 Sumqayıt 706
"Sumqayıt" son sınaq matçında rumınlara yenildi

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt” bu gün sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" Rumıniya təmsilçisi "Petrolul”la üz-üzə gəlib - 0:2.

Bu oyunla "Sumqayıt” təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. Komanda sabah vətənə qayıdacaq.

"Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha öncə keçirdiyi sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası "Keçiörengücü” ilə "Qaziantep”ə 1:2, "Sivasspor”a isə 0:2 hesabıyla yenilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM