"Məğlub olsaq da, mən bu artımı komandamda görürəm"

15 İyul 2021 22:20 Sumqayıt 693
"Məğlub olsaq da, mən bu artımı komandamda görürəm"

"Məğlub olsaq da, mən komandamdan razıyam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" növbəti yoxlama oyununa çıxıb.

"Kimyaçılar" yerli "Qaziantep"lə qarşılaşıb. Superliqa təmsilçisi ilə oyunda "Sumqayıt" 1:2 hesabı ilə uduzub.

"Sumqayıt" bundan əvvəlki sınaq matçlarında "Keçiörengücü"nə 1:2, "Sivasspor"a isə 0:2 hesabı ilə məğlub olub. Hazırlıq prosesinin gedişini dəyərləndirən A.Abbasov futbolçularından razılığını ifadə edib:

"Bu gün bizim üçün vacib olan göstərdiyimiz oyunun keyfiyyətidir. Deyə bilərəm ki, hər oyundan sonra mən bu artımı komandamda görürəm.

Xətlərarası əlaqə, mübarizə əzmi və digər xüsuslarda irəliləyiş var. İyulun 2-dən Ankarada toplanışdayıq və ilk gündən bu yana xeyli fərq əldə etmişik.

"Qaziantep" Superliqa klubudur, kifayət qədər güclü rəqibdir. Toplanış vaxtı belə komandalarla üz-üzə gəlmək hər mənada faydalıdır.

Güclü sparrinqlərlə qarşlaşanda komandanın gerçək vəziyyətini öyrənə bilirsən. Ümid edirəm ki, burada keçirdiyimiz yoxlama görüşlərinin faydasını Konfrans Liqasında görəcəyik.

Bu gün daha bir oyunumuz olacaq. Rumıniyanın birinci liqa klubu ilə qarşlaşacağıq. Özüm iki gün dalbadal oyun keçirməyimizi istədim ki, bütün futbolçuları iş başında görə bilim.

"Qaziantep"ə qarşı demək olar əsas heyət üzvlərinə şans vermişdim. Bu dəfə başqalarına da şans verəcəm".

Digər Xəbərlər
Xəbər Lenti