Azərbaycan klubu “Qaziantep”ə uduzdu

14 İyul 2021 20:10 Sumqayıt 413
Azərbaycan klubu “Qaziantep”ə uduzdu

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi qardaş ölkədə 3-cü matçına çıxıb.

Bunadək “Keçiörəngücü”yə 1:2, “Sivasspor”a 0:2 hesabı ilə uduzan Ayxan Abbasovun yetirmələri "Qaziantep"lə üz-üzə gəlib. Qarşılaşma "Boluspor" klubunun bazasında baş tutub.

Sumqayıtlılar bu dəfə meydandan məğlub ayrılıb. Matçın taleyini ilk yarıda həll edən Türkiyə təmsilçisi malili legioneri Nuha Dikonun 30-cu və 40-cı dəqiqədəki qollarına sevinib. Təmsilçimizin gücü yalnız matçın sonlarında təsəlli qolu vurmağa çatıb. Xəzər Mahmudov fərqlənib.

Sumqayıtlılar 2021/22 mövsümünə iyulun 21-də start verəcək. Abbasovun komandası Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında Serbiya “Çukariçki”sinin qonağı olacaq.

“Sumqayıt” (Azərbaycan) – “Qaziantep” (Türkiyə) 1:2

Qol^ Xəzər Mahmudov, 84
“Boluspor”un bazası

Digər Xəbərlər
Xəbər Lenti