"Sumqayıt"ın isveçrəlilərlə yolu Serbiyada kəsişəcək

13 İyul 2021 13:49 Sumqayıt 935
"Sumqayıt"ın isveçrəlilərlə yolu Serbiyada kəsişəcək

"Sumqayıt"ın Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin Serbiyada "Çukariçki" ilə görüşünə isveçrəli referi Fedayi San təyinat alıb.

Ona həmyerliləri Yonas Erni və Tsürxer Benjamin yan xətt, Ştefan Horisberger dördüncü hakim qismində yardımçı olacaq.

İyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə