"Sumqayıt"ın prezidenti: "Onları sadalasaq, yarım saat danışmalıyıq"

12 İyul 2021 14:00 Sumqayıt 805
"Sumqayıt"ın prezidenti: "Onları sadalasaq, yarım saat danışmalıyıq"

"Burada bir və ya iki səbəb yoxdur - çox səbəb var".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə məxsusdur.

O, son 3 mövsümdə az büdcə ilə uğurlu çıxış etmələrinin səbəbini belə açıqlayıb: "Onları sadalasaq, yarım saat danışmalıyıq. Düzgün iş qurmaqla, yerli futbolçularla bu yerlərə çatmışıq.

Avrokuboklardan əvvəl maliyyə problemlərinin olacağı görünmir. Sponsorlarımız kluba tam olaraq dəstək verirlər. Onlara öz minnətdarlığımı bidirirəm".

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!