Türkiyənin tanınmış məşqçisi azərbaycanlı həmkarına niyə təşəkkür edib?

11 İyul 2021 17:40 Sumqayıt 1 363
Türkiyənin tanınmış məşqçisi azərbaycanlı həmkarına niyə təşəkkür edib?

«Əlbəttə, «Sivasspor» kimi bir rəqiblə qarşılaşmaq bizim üçün yaxşıdır. Çünki onların gücü bəllidir».

Bu sözləri Sportinfo.az-a açıqlamasıında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

2021/22 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Ayxan Abbasovun komandası ötən mövsüm Türkiyə Superliqasını 5-ci sırada bitirərək UEFA Konfrans Liqasında iştirak hüququ qazanan “Sivasspor”la qarşılaşıb.

Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada “Sivasspor”un qollarına Mustafa Yatabare (50-ci dəqiqə, penalti) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.

Hazırlıq prosesinin gedişini dəyərləndirən mütəxəssis bunlarıı söyləyib:

«Konfrans Liqasından öncə belə sparrinqlə üz-üzə gəlməyi çox istəyirdik. Çalışacağıq ki, «Qaziantiep»lə də bu tempdə oynayaq.

Futbolçularımızın inkişafı üçün belə oyunlar önəmlidir. Hər bu cür oyunlardan sonra komandamızın həm fiziki, həm də taktiki cəhətdən inkişafını görürük.

Düzdür, çatışmazlıqlar yenə var və bunların üstündə işləməkdə davam edəcəyik..

Oyun əsnasında «Sivasspor»un baş məşqçisi Rza Çalımbayla bir ayaqüstü söhbətimiz oldu. O, Türkiyənin ən tanınmış mütəxəssislərindən biridir.

Həm oyundan əvvəl, həm də sonra bizimlə görüşdü və uğurlar arzuladı. Bizə yaxşı oyun münasibətilə təşəkkür etdi, dedi ki, bu, hər iki tərəf üçün də faydalı bir qarışlaşma oldu».

Digər Xəbərlər
Xəbər Lenti