Azərbaycan klubu "Sivasspor"a uduzdu

10 İyul 2021 20:50 Sumqayıt 1 926
Azərbaycan klubu "Sivasspor"a uduzdu

2021/22 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri ötən mövsüm Türkiyə Superliqasını 5-ci sırada bitirərək UEFA Konfrans Liqasında iştirak hüququ qazanan “Sivasspor”la qarşılaşıb.

Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada “Sivasspor”un qollarına Mustafa Yatabare (50-ci dəqiqə, penalti) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.

"Sumqayıt" ilk yoxlama oyununda Türkiyənin "Keçiörengücü" klubuna da 0:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM