“Sumqayıt”ın "Yay Futbol Düşərgəsi"ndə 2-ci mərhələ - FOTOREPORTAJ

10 İyul 2021 23:00 Sumqayıt 1 375
“Sumqayıt”ın "Yay Futbol Düşərgəsi"ndə 2-ci mərhələ - FOTOREPORTAJ

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB-nin dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinin 2-ci mərhələsi də başa çatıb.

Sportinfo.az xəbər verir ki "Kapital Bank Arena"nın konfrans zalında "Yay Futbol Düşərgəsi" layihəsinin 2-ci mərhələsinin yekunu ilə bağlı təbdir baş tutub.

Tədbirdə “Sumqayıt”ın Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranı Telman Salahov, “Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal digər şəxslər iştirak edib.

Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara "Sumqayıt"ın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatılacağı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 600-dən çox məktəbli bu seminarın iştirakçısı olub.

Xəbər Lenti