“Baş məşqçimiz kimləri bəyənsə, onlarla da kontrakt bağlayacağıq”

10 İyul 2021 19:00 Sumqayıt 751
“Baş məşqçimiz kimləri bəyənsə, onlarla da kontrakt bağlayacağıq”

“Sumqayıt” maraq dairəsində olan futbolçular arasında seçim edir.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.

Sitat: “Təklif olunan futbolçuları baş məşqçimiz izləyir. Ayxan Abbasov kimləri bəyənsə, onlarla da kontrakt bağlayacağıq.

Hələlik rəsmi olaraq heç kimlə danışmamışıq. Bu, nəvaxtadək belə çəkəcək, onu da deyə bilmərəm. Hazırda baş məşqçinin qərarını gözləyirik”.

“Sumqayıt” ötən günlər ərzində Yusif Nəbiyev, Tərlan Əhmədli, Roman Hüseynov (hamısı "Qəbələ"), Xəzər Mahmudov ("Keşlə") və Eltun Turabovla ("Sabah") müqavilə imzalayıb.

Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev, Aydın Bayramov, Höccət Haqverdi, Tellur Mütəllimov, Elvin Bədəlov və Əli Qurbani sözləşməsinin müddətini uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti