Əli Qurbaninin məsləhət bildiyi müdafiəçi "Sumqayıt"da

10 İyul 2021 09:40 Sumqayıt 2 090
Əli Qurbaninin məsləhət bildiyi müdafiəçi "Sumqayıt"da

Konfrans Liqasına hazırlıq görən «Sumqayıt»ın düşərgəsinə yeni futbolçu dəvət edib.

Sportinfo.az-ın məlumatına görə, iyulun 2-dən Türkiyədə təlim-məşq toplanışı keçən Premyer Liqanın bürünc medalçısı bu dəfə İran bazarına üz tutub.

«Kimyaçılar» Arazın o tayından arxa xətt oyunçusunu baxışa çağırıb.

Maraqlıdır ki, cənubi azərbaycanlı futbolçunun «gənclik şəhəri» təmsilçisinə Əli Qurbani məsləhət görüb.

Bugünlərdə «Sumqayıt»la müqaviləsini 1 il müddətinə yeniləyən hücumçu yoxlanışa çağırılmasını xahiş edib və məşqçi korpusu onun sözünü yerə salmayıb.

Digər Xəbərlər
Xəbər Lenti