"Yalnız “Sumqayıt”ı düşünsək, çempionata konsentrasiya ola bilmərik”.

9 İyul 2021 12:40 Sumqayıt 923
"Yalnız “Sumqayıt”ı düşünsək, çempionata konsentrasiya ola bilmərik”.

Konfrans Liqasında "Qarabağ" və "Sumqayıt"ın rəqibləri olan "Aşdod" (İsrail) ilə "Çukariçki" (Serbiya) yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Sloveniyada oynanılan matçda qalib müəyyənləşməyib - 1:1.

"Qarabağ" "Aşdod"la ilk oyununu iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. "Çukariçki" - "Sumqayıt" oyunu isə iyulun 21-də Belqradda olacaq.

“Sloveniyaya getməzdən əvvəl heyəti genişləndirməyə çalışdıq. “Çukariçki” Serbiyada üçüncü yeri tutan klubdur, hər məşqdə, hər oyunda bunun ciddiliyini və keyfiyyətləri görə bilərsiz”.

“Çukariçki”nin baş məşqçisi Duşan Dorceviç “Aşdod”la yoxlama görüşündən (1:1) sonra klubun rəsmi saytına fikirlərini bildirib.

Serbiyalı mütəxəssis həm çempionata, həm də avrokuboklara hazırlığın yüksək səviyyədə getdiyini deyib:

“Komandanın yeni mövsümə və avrokuboklara yüz faiz hazır olub-olmadığını qiymətləndirmək çətindir. Bir məşqçi kimi, buna yaxın olduğumuza ümid edirəm.

Hər şeyə hazır olmalıyıq. Bazar günündən etibarən “Vozdovaç” və “Sumqayıt”la oyunların hazırlıqlarına başlayacağıq.

Ardıcıl oyunlar avrokuboklarda bizə çətinlik yaradacaq. Amma indi yalnız “Sumqayıt”ı düşünsək, çempionat görüşünə lazımi qədər konsentrasiya ola bilmərik”.

Digər Xəbərlər
Xəbər Lenti