"Sumqayıt" Süper Liqa təmsilçisi ilə Boluda qarşılaşacaq

9 İyul 2021 09:40 Sumqayıt 1 164
"Sumqayıt" Süper Liqa təmsilçisi ilə Boluda qarşılaşacaq

Konfrans Liqasına hazırlığı Ankarada davam etdirən "Sumqayıt"ın yoldaşlıq görüşlərindəki növbəti rəqibinin adını aydınlıq gəlib.

Sportinfo.az-ın məlumatına görə, "kimyaçılar" Türkiyə Süper Liqa təmsilçisi "Qaziantep"la qarşılaşacaq.

14 iyulda Boluda baş tutacaq görüşün başlanma saatı hələ dəqiqləşməyib.

"Qaziantep" da "Sumqayıt" kimi Konfrans Liqasında çıxış edəcək.

"Sumqayıt" ilk yoxlama görüşündə "Keçiörengücü" ilə qarşılaşıb və 1-2 hesablı məğlubiyyət alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti