“Bizim də sirrimiz yoxdur“

7 İyul 2021 09:20 Sumqayıt 668
“Bizim də sirrimiz yoxdur“

“Azərbaycan futbolunda işləyən bəzi insanlarla əlaqə saxlayırıq“.

Sportinfo.az xəbər verir ki, bunu “Çukariçki”nin direktoru Vladimir Matiyaşeviç deyib.

Serbiya klubunun rəsmisi Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt” barədə fikirlərini bölüşüb:

“Bizim də sirrimiz yoxdur. Çünki burada bizimlə bağlı məlumat axtarırlar. “Sumqayıt” yaxşı komandadır, müdafiə oyunu göstərməyi daha çox xoşlayır.

Bir neçə sürətli oyunçulara malikdirlər, üstəlik, yerli vətəndaşlıq alan 2-3 əcnəbiləri də var. Onlara hörmət etməliyik, meydançada necə olacaqlarını görəcəyik”.

“Sumqayıt”la “Çukariçki” arasında ilk oyun iyulun 22-də Belqradda, cavab görüşü isə 29-da Sumqayıtda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti