"Açığı, hələlik rəqib haqqında məlumatımız azdır. Amma, şablon səslənsə də, bu gün hamı futbol oynamağı bacarır".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Çukariçki"nin futbolçusu Stefan Şapiç "alo.rs" saytına açıqlamasında deyib.
24 yaşlı serbiyalı müdafiəçi bildirib ki, "gənclik şəhəri" təmsilçisi ilə oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtları var:
"Məşqçilər heyəti lazım olan hər şeyi edəcək. bizim işimiz isə onların tapşırıqlarını yerinə yetirmək və ilk dəqiqələrdən meydanda düzgün oynamaqdır".
"Çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda olacaq.

