Super Liqa klubu "Sumqayıt"a "OKEY" VERDİ

6 İyul 2021 13:00 Sumqayıt 1 593
Super Liqa klubu "Sumqayıt"a "OKEY" VERDİ

Türkiyədə təlim-məşq toplanışı keçən «Sumqayıt»ın daha bir rəqibi müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, «kimyaçılar» «Qaziantep»lə üz-üzə gələcək. Super Liqa təmsilçisi ilə görüş iyulun 15-də təşkil olunacaq.

Premyer Liqamızın bürünc mükafatçısı bundan 5 gün öncə «Sivasspor»la qarşılaşacaq.

«Gənclik şəhəri» komandası Ankarada daha bir sparrinq axtarır ki, onun da adına bu gün-sabah aydınlıq gəlməlidir. Sumqayıtlılar Türkiyə, Banqladeş, Rumıniya və Ukrayna nümayəndələri arasında seçim edir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM