"Səhvlərimiz var" söylədi

5 İyul 2021 23:20 Sumqayıt 1 651
"Səhvlərimiz var" söylədi

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Keçiörengücü”yə 1:2 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, matçla bağlı deyib:

“İyulun 2-də başladığımız Türkiyə toplanışında bu gün ilk yoxlama oyunumuzu keçirdik. Ümumilikdə götürsək, iki fərqli hissə izlədik.

90 dəqiqədə bütün futbolçularımın hazırlıq səviyyələrini görmək istəyirdim. Uşaqların yorğun olmaqlarına baxmayaraq, meydançanın hər qarışı uğrunda yaxşı mübarizə getdi.

Səhvlərimiz var, çalışacağıq ki, növbəti oyunlarda həmin səhvləri aradan qaldıraq və toplanışın sonunda tam hazır vəziyyətdə Sumqayıta qayıdaq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə