“Həm “Çukariçki”nin, həm də “Sumqayıt”ın şansları bərabərdir”.
Sportinfo.az xəbər verir ki, bunu “Çukariçki”nin direktoru Vladimir Matiyaşeviç deyib.
Matiyaşeviç komandasının Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la keçirəcəyi oyuna münasibət bildirib.
O, təmsilçilərimizlə keçirdikləri əvvəlki matçları da yada salıb: “Azərbaycan komandası bizim üçün əlverişsiz rəqibidir.
Buna baxmayaraq, futbolçularımın xarakterinə inanıram. Bütün diqqətimizi “Sumqayıt”la görüşə yönəltmişik.
Milli komandamız da Azərbaycana qarşı oynayıb, görüş çətin keçmişdi. Onlar həmişə belə oynayırlar.
2015/16 mövsümündə Avropa Liqasında “Qəbələ”yə qarşı yaxşı çıxış etsək də, məğlub olduq”.
“Sumqayıt”la “Çukariçki” arasında ilk oyun iyulun 22-də Belqradda, cavab görüşü isə 29-da Sumqayıtda keçiriləcək.

