"Sumqayıt" Ankaraya istirahətə getməyib - FOTOREPORTAJ

5 İyul 2021 09:20 Sumqayıt 980
"Sumqayıt" Ankaraya istirahətə getməyib - FOTOREPORTAJ

Konfrans Liqasına hazırlaşan "Sumqayıt"ın Ankara toplanışı davam edir.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı bu gün ilk yoxlama oyununu keçirəcək.

Ayxan Abbasovun yetirmələri yerli “Keçiörengücü” ilə qarşılaşacaq. Qızılcahamam Mərkəzi stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 17:30-da (yerli vaxtla 16:30) start veriləcək.

“Keçiörengücü”də bu yay “Keşlə”dən transfer olunan azərbaycanlı futbolçu Vüsal İsgəndərli də forma geyinir.

Komandanın Türkiyə paytaxtındakı hazırlığının 2-ci günündən hazırlanmış fotoreportajı təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə