“Sumqayıt” üçün ilk – Vüsalla anlaşan “Keçiörengücü”

4 İyul 2021 16:00 Sumqayıt 1 402
“Sumqayıt” üçün ilk – Vüsalla anlaşan “Keçiörengücü”

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” sabah ilk yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri yerli “Keçiörengücü” ilə qarşılaşacaq.

Qızılcahamam Mərkəzi stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 17:30-da (yerli vaxtla 16:30) start veriləcək.

“Keçiörengücü”də bu yay “Keşlə”dən transfer olunan azərbaycanlı futbolçu Vüsal İsgəndərli də forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə