Hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt"da uzun müddətdir gözlənilən hadisə baş tutub.
Sportinfo.az-ın məlumatına görə, ötən mövsüm komandanın bombardiri olan Əli Qurbani, nəhayət, kollektivə qoşulub.
İki gün öncə Ankaraya yollanan heyətdə yer almayan hücumçu artıq məşqlərdə iştirak edir.
Millimizin üzvü ilə uzun sürən danışıqlar nəhayət dünən müsbət nəticə ilə yekunlaşdı və onunla daha 1 illik razılaşma əldə olundu.
Ötən mövsümdən "Sumqayıt"ın sıralarına qoşulan Əli Qurbani ümümilikdə 19 oyunda 9 dəfə rəqib torlarını silkələməyə nail olub.
Əli həmçinin "A" milli komandamızın son toplanışlarına da dəvət alıb.

