"Sumqayıt" Əli Qurbanini Azərbaycanda saxladı

3 İyul 2021 14:40 Sumqayıt 962
"Sumqayıt" Əli Qurbanini Azərbaycanda saxladı

"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər ki, "gənclik şəhəri" təmsilçisi bombardiri Əli Qurbani ilə sözləşməni uzadıb.

31 yaşlı hücumçu növbəti mövsümdə də bu komandanın formasını geyinəcək.

2020/2021 mövsümündə "Sumqayıt"a keçən forvard ümümilikdə 19 oyunda 9 qola imza atıb. Qurbani həmçinin Azərbaycan millisinin də üzvüdür.

Daha öncə Yusif Nəbiyev, Tərlan Əhmədli, Roman Hüseynov, Xəzər Mahmudov və Eltun Turabovu transfer edən “Sumqayıt” Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev, Aydın Bayramov, Höccət Haqverdi, Tellur Mütəllimov və Elvin Bədəlovla müqaviləni yeniləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti