Yığmanın hücumçusu buradan ayrılıb? - Rəsmi açıqlama

3 İyul 2021 11:20 Sumqayıt 1 089
Yığmanın hücumçusu buradan ayrılıb? - Rəsmi açıqlama

"Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsi üçün dünən Türkiyəyə yola düşdü.

Heyətdə Əli Qurbaninin olmaması müəyyən suallar yaratdı.

Görəsən, millinin hücumçusu ilə yollar ayrılıb? Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a açıqlamasında bu ehtimalı təkzib edib.

O, 31 yaşlı hücumçu ilə danışıqların hələ də davam etdiyini bildirib.

Mövsüm başa çatandan sonra bir neçə yaxşı təklif alan futbolçunu baş məşqçi Ayxan Abbasov israrla komandada saxlamaq istəyir.

Ötən mövsüm "kimyaçılar"ın heyətinə qoşulan Qurbani meydana çıxdığı 24 oyunda 10 qol vurmağı bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti