Avroliqada “Qarabağ”a rəqib oldu, “Sumqayıt”a razılıq verdi

1 İyul 2021 16:00 Sumqayıt 1 848
Avroliqada “Qarabağ”a rəqib oldu, “Sumqayıt”a razılıq verdi

"Sumqayıt" 2021/2022 mövsümünün hazırlıqlarına start verib.

Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv toplanışın ikinci mərhələsini iyulun 2-dən Türkiyənin paytaxtı Ankarada keçirəcək.

İyulun 16-dək Qızılcahamam bölgəsindəki “Çam Hotel”də məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Sportinfo.az-ın məlumatına görə, artıq sparrinqlərdən ikisinin adına aydınlıq gəlib.

Belə ki, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Sivasspor” və Vüsal İsgəndərlinin müqavilə bağladığı “Keçiörengücü” “kimyaçılar”la üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM