"Azərbaycanda möhtəşəm futbol oynanıldığına dair dilemmam yoxdur.
Bir dəfə "Neftçi"yə qarşı "Partizan" forması ilə çıxış etmişəm. Həmin görüşləri yaxşı xatırlayıram".
Sportinfo.az xəbər verir ki, bu fikirləri “Çukariçki”nin futbolçusu Miladin Stevanoviç Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
25 yaşlı serbiyalı müdafiəçi Azərbaycan təmsilçilərinin maraqlı komandalar olduğunu bildirib:
"Sürətli oyunçulara qarşı matç asan olmayacaq. Püşkatmada daha yaxşı və ya pis nəticə əldə edə bilərdik. Diqqətli olmalılıq.
İstedadımıza inanaraq qələbə qazanmaq öz əlimizdədir. Cavab matçından əvvəl vəziyyəti özümüz üçün asanlaşdıra bilərik".
Stevanoviç səfər qolu qaydasının ləğv edilməsini ədalətli qərar adlandırıb: "Evdə və ya səfərdə oynanılmasının fərqi yoxdur.
Nə qədər qol buraxsan, o qədər də vurmalısınız. Heç-heçə olsa, əlavə vaxtda da qalib bilinməsə, penaltilərə getməlisən".
"Çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda olacaq.

