“Sumqayıt” 4 ölkədə yaşayan və çıxış edən azərbaycanlı futbolçularl a danışıqlar aparır.
Sportinfo.az-ın klubdan aldığı məlumata görə, söhbət Rusiya, Türkiyə, İran və Almaniyanın aşağı liqalarında yer alan həmyerlilərimizdən gedir.
Siyahıya qapıçı, dayaq və hücumameylli yarımmüdafiəçi və mərkəz forvardı daxildir. “Kimyaçılar” gələn həftəyədək transfer çalışmalarını bıtırmək və onları Türkiyə toplanışında sınamaq fikrindədir.
“Gənclik şəhəri” təmsilçisi ötən günlərdə Yusif Nəbiyev, Tərlan Əhmədli, Roman Hüseynov (hamısı "Qəbələ"), Xəzər Mahmudov ("Keşlə") və Eltun Turabovu ("Sabah") sıralarına qatıb.
Gedənlərin siyahısı da məhdud deyil: Mehdi Cənnətov ("Zirə"), Cabir Əmirli ("Neftçi": icarə müddəti başa çatıb), Xəyal Nəcəfov ("Neftçi"), Mehdi Şərifi, Cavid İmamverdiyev.
“Kimyaçılar” həmçinin Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev, Aydın Bayramov, Höccət Haqverdi, Tellur Mütəllimov və Elvin Bədəlovla müqaviləni uzadıb.

