Premyer Liqada 9 qol vuran hücumçu klub seçimini etdi

28 İyun 2021 16:00 Sumqayıt 1 318
Premyer Liqada 9 qol vuran hücumçu klub seçimini etdi

“Sumqayıt” müqaviləsi bitən daha bir futbolçusu isə qeyri-müəyyənliyə son qoyub.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi ötən mövsüm Premyer Liqada 9 qol vuran Əli Qurbani ilə yeni müqavilə şərtlərində ortaq məxrəcə gəlib.

Millinin hücumçusu 1+1 illik razılaşmaya imza atıb və bu xəbərin qısa zamanda açıqlanması gözlənilir. Anlaşmaya əsasən, Qurbaninin əməkhaqqısı artırılıb.

“Kimyaçılar” ona kimi Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev, Aydın Bayramov, Höccət Haqverdi, Tellur Mütəllimov və Elvin Bədəlovla müqaviləni uzadıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti