Ayxan Abbasov "Sumqayıt"da kimlərə inanır?

28 İyun 2021 11:00 Sumqayıt 1 079
Ayxan Abbasov "Sumqayıt"da kimlərə inanır?

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü başa çatıb.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt” arxada qalan 28 tur ərzində 10 qələbə, 9 heç-heçə və 9 məğlubiyyətə imza ataraq, tarixində ilk dəfə çempionatı 3-cü pillədə bitirib.

Bu qarşılaşmalarda 39 xal toplayan komanda 30 qol vurub və qapısından 31 top buraxıb.

2020/21 mövsümündə baş məşqçi Ayxan Abbasov ümumilikdə, 27 futbolçunun xidmətindən yararlanıb.

Arxada qalan 28 tur ərzində "Sumqayıt"da ən çox forma geyinmiş futbolçular – Rəhim Sadıxov (27 oyun, 2219 dəqiqə), Xəyal Nəcəfov (26 oyun, 1885 dəqiqə), Vüqar Mustafayev (25 oyun, 2250 dəqiqə), Elvin Bədəlov (25 oyun, 2181 dəqiqə) və Tellur Mütəllimov (25 oyun, 2158 dəqiqə) olub.

Premyer Liqanın 2020/21 mövsümündə "Sumqayıt"da ən çox qol vuran futbolçu isə Əli Qurbani olub. “9” nömrə 19 oyunda (1455 dəqiqə) rəqib qapılarından 9 top keçirib.

Rəhim Sadıxov isə 8 qolla komandanın ikinci ən sərrast futbolçusudur.

Cəmaləddin Xocaniyazov (23 oyun, 1924 dəqiqə), Tellur Mütəllimov (25 oyun, 2158 dəqiqə), Murad Xaçayev (23 oyun, 1810 dəqiqə) 3 dəfə, Xəyal Nəcəfov (26 oyun, 1185 dəqiqə), Süleyman Əhmədov (17 oyun, 1261 dəqiqə) və Səbuhi Abdullazadə (13 oyun, 633 dəqiqə) isə hərəyə 1 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub.

Bir qol isə avtoqol nəticəsində qeydə alınıb.

Rəhim Sadıxov – 27 (2219)
Xəyal Nəcəfov – 26 (1885)
Vüqar Mustafayev – 25 (2250)
Elvin Bədəlov – 25 (2181)
Tellur Mütəllimov – 25 (2158)
Cəmaləddin Xocaniyazov – 23 (1924)
Murad Xaçayev – 23 (1810)
Əli Qurbani – 19 (1455)
Mehdi Cənnətov – 18 (1575)
Vurğun Hüseynov – 18 (1448)
Elvin Məmmədov – 18 (728)
Süleyman Əhmədov – 17 (1261)
Höccət Haqverdi – 15 (1296)
Aydın Bayramov – 15 (945)
Eltun Turabov – 14 (832)
Rüfət Abdullazadə – 14 (384)
Səbuhi Abdullazadə - 13 (633)
Cavid İmamverdiyev – 13 (449)
Adəm Həmati – 12 (774)
Mehdi Şərifi – 10 (541)
Dmitri Nağıyev – 7 (515)
Cabir Əmirli – 7 (256)
Kərəm Sultanov – 7 (155)
Nəbi Məmmədov – 1 (23)
Nurlan Quliyev – 1 (17)
Nicat Əliyev – 1 (2)
Sənan Ağayev – 1 (2)

Vurulan qollar: Əli Qurbani (9), Rəhim Sadıxov ( 8 ), Murad Xaçayev (3), Tellur Mütəllimov (3), Cəmaləddin Xocaniyazov (3), Süleyman Əhmədov, Xəyal Nəcəfov, Səbuhi Abdullazadə.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti