2011/12 mövsümündən etibarən Premyer Liqada çıxış edən “Sumqayıt” başa çatmış 2020/21 mövsümündə tarixində ilk dəfə bu yarışın mükafatçıları arasında yer alıb.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda 28 oyunda 10 qələbə, 9 heç-heçə və 9 məğlubiyyətə imza atıb.
Bu qarşılaşmalarda 30 dəfə rəqib qapısına yol tapan kollektiv 31 top buraxıb.
“Sumqayıt”ın 2020/21 mövsümündəki qollarına imza atan futbolçuların statistikasını diqqətinizə çatdırırıq:
1. Əli Qurbani – 9 qol (19 oyun, 1455 dəqiqə)
2. Rəhim Sadıxov – 8 qol (27 oyun, 2249 dəqiqə)
3. Murad Xaçayev – 3 qol (23 oyun, 1810 dəqiqə)
4. Tellur Mütəllimov – 3 qol (25 oyun, 2158 dəqiqə)
5. Cəmaləddin Xocaniyaznov – 3 qol (23 oyun, 1924 dəqiqə)
6. Xəyal Nəcəfov – 1 qol (26 oyun, 1885 dəqiqə)
7. Süleyman Əhmədov – 1 qol (17 oyun, 1261 dəqiqə)
8. Səbuhi Abdullazadə – 1 qol (13 oyun, 633 dəqiqə)

