“Sumqayıt” tanınmış brendlə əməkdaşlıq müqaviləsi imzaladı

26 İyun 2021 19:40 Sumqayıt 695
“Sumqayıt” tanınmış brendlə əməkdaşlıq müqaviləsi imzaladı

“Sumqayıt” Futbol Klubu ilə “Azeri Express” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, anlaşma 1 il müddətinə qüvvədə olacaq.

Nəzərinizə çatdıraq ki, sürətli poçt sahəsində 20 ildən artıq təcrübəyə malik və dünyanın ən böyük kuryer şirkəti olan FedEx-in Azərbaycanda rəsmi nümayəndəliyi olan “Azeri Express” rəsmi şəkildə 1997-ci ildə təsis olunub.

Bütün ölkəni əhatə edən daxili çatdırılma xidməti olan “Azeri Express” 1998-ci ildən TNT, 2018-ci ildən isə FedEx şirkətinin ölkəmizdəki təmsilçisidir.

Ölkəmizin bir çox nüfuzlu şirkətləri ilə əməkdaşlıq edən “Azeri Express” anbarlama, gömrükləmə və s. kimi hər növ logistika xidmətlərini özündə cəmləşdirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti