Serblər “Sumqayıt” üzərində “kəşfiyyat” apardı: “Bəzi informasiyaları əldə etmişik”

25 İyun 2021 19:40 Sumqayıt 1 036
Serblər “Sumqayıt” üzərində “kəşfiyyat” apardı: “Bəzi informasiyaları əldə etmişik”

"Rəqibimizi ciddi analiz edəcəyik. Bütün komandalara hörmətlə yanaşırıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiyadan "Çukariçki"nin baş məşqçisi Duşan Dorceviç "hotsport.rs" saytına açıqlamasında Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri olan "Sumqayıt" barədə danışarkən deyib.

51 yaşlı serbiyalı mütəxəssis "gənclik şəhəri" təmsilçisi barədə ilkin məlumatlara malik olduğunu bildirib:

"Mümkün olan bəzi informasiyaları əldə etmişik. Meydana hansı oyun fəlsəfəsi ilə çıxdıqlarını, necə oynadıqlarını bilirik. Qarşıda hələ kifayət qədər vaxtımız var. Hələlik özümüz barədə düşünürük".

Bu komandalar arasında ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə 29-da Azərbaycanda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə