"Neftçi"nin pulları "Sumqayıt"ın dadına çatdı

24 İyun 2021 20:20 Sumqayıt 1 781
"Neftçi"nin pulları "Sumqayıt"ın dadına çatdı

"Sumqayıt" Əli Qurbani ilə razılığa gəlməyə yaxındır.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, millimizin də üzvü olan hücumçunun "kimyaçılar"la yeni müqavilə imzalaması an məsələsidir. Maaşının artırılmasını istəyən 31 yaşlı hücumçunun istəyi yerinə yetiriləcək.

Mövsümün sonu müqaviləsi başa çatan futbolçuya digər Premyer Liqa klublarından yaxşı təkliflərin gəlməsi "Sumqayıt"ı çətin duruma salmışdı. Çünki Qurbani komandada qalması qarşılığında ötən mövsüm aldığı məvacibdən daha artığını istəyirdi. Klubun büdcəsi isə buna imkan vermirdi.

Amma Xəyal Nəcəfovun yaxşı məbləğ qarşılığında "Neftçi"yə satılması rəhbərliyin əl-qolunu açıb.

Xatırladaq ki, Əli Qurbani ötən mövsüm 25 oyun meydana çıxıb və 10 qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti