“Sumqayıt”lılar tapşırıq yerinə yetirir - FOTOREPORTAJ

24 İyun 2021 11:40 Sumqayıt 739
“Sumqayıt”lılar tapşırıq yerinə yetirir - FOTOREPORTAJ

Bildiyiniz kimi, 2021/22 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” iyunun 17-dən etibarən Sumqayıt şəhərində məşqlərə start verib.

Sportinfo.az xəbər verir ki, hazırlıq dönəminin birinci mərhələsi iyunun 30-dək davam edəcək.

Ayxan Abbasovun komandası bu müddət ərzində 1 yoxlama oyununda qüvvəsini sınayacaq. - iyunun 30-da, saat 18:30-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaqlar.

“Sumqayıt” hazırlıq prosesinin ikinci mərhələsini isə Türkiyənin Ankara şəhərində keçirəcək.

İyulun 2-dən 16-dək Qızılcahamam bölgəsində yerləşən “Çam Hotel”də məskunlaşacaq kollektiv bu müddət ərzində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Rəqiblərin kimliyi və oyunların zamanı barədə klubun rəsmi media hesabları vasitəsilə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti