“Xaricdə çıxış edən azərbaycanlı futbolçuların siyahısını tutmuşuq, araşdırırıq”

23 İyun 2021 17:40 Sumqayıt 1 648
“Xaricdə çıxış edən azərbaycanlı futbolçuların siyahısını tutmuşuq, araşdırırıq”

“Yeni transferlər etməyimiz mütləqdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

“Kimyaçılar”a Konfrans Liqasında iştirak hüququ qazandıran mütəxəssis ilk dəfə təşkil olunacaq mötəbər yarışmada uğurlu çıxışla yadda qalmaq istədiklərini bildirib.

“Gənclik şəhəri” təmsilçisinə tarixinin ən böyük uğurlarını qazandıran çalışdırıcı komandanı gücləndirməyin vacib olduğunu qeyd edib:

“Gedən və gələn futbolçularımız var. Sevindirici haldır ki, əsas heyətin özəyini qoruya bildik. Bu, əhəmiyyətli məsələdir.

Indi istəyirik ki, bəzi mövqeləri daha da gücləndirək. Əsas axtarışlarımız ölkədən kənarda davam edir.

Xaricdə doğulan və çıxış edən azərbaycanlı futbolçular var. Bir siyahı tutmuşuq və onları araşdırırıq.

Düzü, hələ heş biri ilə danışmamışıq. Müqavilə bağlamamışdan öncə bəyənmək lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti